“Netflix”də yayımlanan “Squid Game” realiti-şousunun qalibi bu gün bəlli olacaq.
sagliq.az axşam.az-a istinadən bildirir ki, 456 nəfərlə start götürən yarışmanın finalında isə yalnız üç iştirakçı mübarizə aparacaq.
Qalib olan şəxs isə 4,56 milyon dolların (təxminən 6 milyon 895 min manat) sahibi olacaq.
Müsabiqədənin finalçıları isə 016 nömrəli oyunçu Sem Lantz, 287 nömrəli Mey Uilian və 451 nömrəli Fil Keyndir.
Qeyd edək ki, serialda olduğu kimi realiti-şouda da oyunçular verilən tapşırıqları yerinə yetirirlər.