Hadisə

“Tiktok”da canlı açıb evi yandırdı

Türkiyənin İlqaz rayonunda yaşayan şəxs sosial şəbəkədə canlı yayım edərək evini yandırıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Onaç kəndində baş verib.

M.U. adı çəkilən şəxs sosial media platformasında canlı yayıma başlayıb evin müxtəlif yerlərində od yandırıb. Yanğın sürətlə böyüyərək qonşusu K.K.-nın evinə keçib. 

Yanğın nəticəsində həmin şəxsin və qonşusunun evləri yararsız hala düşüb.

M.U-nun hansı səbəbdən belə hərəkət etməsi hələlik məlum deyil.

Back to top button