Şou- biznes

“Xatirə uşağına baxmır, uşağını atıb özü gedir oxumağa”

Müğənni Xatirə İslam üzləşdiyi xoşagəlməz hadisədən söz açıb. 

Sənətçi qonaq olduğu “Xəbər-ətər” verilişində bildirib ki, yenicə efirlərə çıxdığı zaman böhtanla üzləşib. 

“İllər əvvəl xalam həyat yoldaşı ilə bazarda məhsul alarkən görüb ki, bir kişi yanında da 5-6 yaşında uşaqla durub. Həmin kişi oradakı camaata deyir ki, müğənni Xatirə uşağına baxmır. O uşağını atıb üstümə, özü isə gedib oxumağa. 

Mən isə o ərəfələrdə yenicə efirlərə çıxırdım. Yəni, yenicə müğənniliyə başlamışdım. Kişi deyirdi ki, guya o uşaq mənimdir (gülür). Xalamla həyat yoldaşı kişini bu danışığını eşidib deyiblər ki, bu dəlidir, axı bu nə danışır… Yəni hər cür insan var. Göz görə-görə camaata deyir ki, buna bax Xatirə uşağı atıb üstümə, özü isə efirdə oxuyur”, – deyə Xatirə vurğulayıb. 

Back to top button