Cəmiyyət

Bankomatdan pul çəkərkən öldürülən Yusifin FOTOSU

Türkiyənin Samsun rayonunda bankomatdan pul çəkərkən bir şəxs tərəfindən silahlı hücuma məruz qalan Yusuf Gür (39) adlı şəxs xəstəxanada dünyasını dəyişib.

Mərhumun sosial şəbəkə hesabından “Bütün sevdiklərimə, dostlarıma məndən xatirə qalsın. Ölümün saatı, günü yox” paylaşımı etdiyi ortaya çıxıb.

İddiaya görə, Yusuf Gür bankomatdan pul çəkdikdən sonra park halındakı avtomobilinə minmək üçün yaxınlaşdığı zaman naməlum şəxs tərəfindən ürəyindən və başından tapança ilə vurulub.

Qanlı olay sonrası qaçan şübhli isə bir ofisin kamerasına düşüb. Polis qatili yaxalamaq üçün araşdırmaya başlayıb.

Back to top button