Müğənni Pünhan Piriyevin aparıcının “Nəfəslə ailə qur” deməsinə verdiyi cavab birmənalı qarşılanmayıb.
Yenisabah.az xəbər verir ki, “Həmin Zaur” verilişinin qonağı olan ifaçı həmkarı Nəfəslə ailə qurmaq istəmədiyini bildirib:
“Nəfəsi alan alıb artıq. Onu alıblar, həm də yaşım azdır. Təzədən Nəfəsi niyə alım ki?! Yaxşı, Zaur, sən Allah, nəslin-kökün içində hamının mənə hörməti-izzəti var. Müğənni almaram. Qardaş, müğənni almıram! Nəfəsi niyə alım, o dostumdur. Sən aranı qızışdırırsan. Nəfəsi alan alıb, toyu olub, mən təzədən onu necə alım?”
Zaur Kamal isə cavabında Nəfəsin subay olduğunu deyib:
“Nəfəs subaydır. Allah bəxtini-taleyini gözəl etsin. Heç gör Nəfəs sənə gələrmi?”