Cəmiyyət

“Kim ki, deyir, iş yoxdur, yalan deyir, işləmək istəmirlər” – Samirə Yusifqızı

“Kim ki, deyir mən iş tapa bilmirəm, iş yoxdur. O yalan deyir. O sadəcə işləmək istəmir”.

Bu sözləri meyxanaçı Samirə Yusifqızı deyib.

“Xəzər axşamı” proqramına qonaq olan sənətçi taksi işlədiyi dövrlərdə yaşadığı çətinliklərdən danışıb.

“Hələ o vaxtlar maska da taxırdım. Amma səsimi çıxaran kimi tanıyırdılar. Ən çox mənə xanımlar hörmət edirdilər.

Bir də görürdün taksi pulunu verirdilər. Deyirdilər ki, Samirə xanım iki dəqiqə gözləyin, gedib əlində çanta gətirirdi. İçinə pul atırdılar 50 ya 20 manat…”.

Back to top button