Sunday, November 24, 2024

Latest Posts

Azərbaycanda bakirəliyini bərpa etdirib ərə gedən qızın yalanı belə ortaya çıxdı

Çoxlarınızın, deputatların, hətta dövlət komissiyalarının mövzunu eşidəndə “aaa!”, “oyy!” nidalarının müşayiətilə, “sən Allah məni belə məsələlərə qatma” deməsilə başladı məsələyə yanaşma. “Ayıbdır”, “intim mövuzlara toxunmayın” deyə-deyə, gəldik çıxdıq namusun gözəllik salonlarında pulla bərpa edildiyi zəmanəyə! Amma pulla bərpa etdirdiyiniz bakirəliyin yükünü zəmanənin üzərinə ata bilməyəcəksiniz bu dəfə.

Çünki bir anlıq hisslərinizə hakim kəsilə bilməyən bəziləriniz, başqa birinin həyatını alt-üst etməyi gözə alacaq qədər NAMUSSUZSUNUZ! Bu addımı atıb, telli-duvaqlı gəlin olub, belinizə qırmızı lent bağlayanda heç düşünmədinizmi xoşbəxtliyiniz o lent boyda da olmayacaq?..

Bir başıpapaqlınız olmadımı, sizə nəzarət etsin? Yoxsa daha papaq da dəbdən düşüb?…Vallah elə dəb deyib sırıdıqlarınızdır zəmanəni bu günə qoyan.
Əlqərəz qayıdıram mövzu ilə bağlı müraciət etdiklərimə. O mövzuyla bağlı ki, Azərbaycanda var və bunu danan ya azərbaycanlı deyil, ya da uzun müddətdir ölkə hüdudlarından kənardadır ki, məsələdən halı deyil.
İlk olaraq müraciət etdiyim Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən intim məsələ olduğu üçün heç kimin açıqlama verilməyəcəyini bildirdilər. İsrarlarım isə yersiz oldu.

Növbəti müraciət etdiyim Milli Məclisin Ailə, qadın, uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı isə sualımı eşitcək az qaldı olduğu yerdən gəlib məni assın. O Aqiyə Naxçıvanlı ki, Zaur Baxşəliyev və Xoşqədəm Baxşəliyevanın müəllifi olduğu verilişlərin cəmiyyətə zərərindən ağzıdolusu danışırdı. Amma indi “ay qız, bu nə mövzudur, mən ümumiyyətlə bu haqda danışa bilmərəm. Belə şey olar?” deyərək dəstəyi asdı.

“Bu addımı atan qadınları heç cür anlaya bilmirəm”

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədi Mehriban Zeynalova isə Modern.az-a deyib ki, o, belə müraciətlərlə dəfələrlə rastlaşıb.

“Mənə müraciət edənlər arasında belə hallar yaşayanlar olub. Amma heç vaxt onlara dəstək vermirəm. Mən hesab edirəm ki, insanlar ailə quranda dürüst olmalı, ailənin təməli ilk gündən sağlam qoyulmalıdır.
Bəzilərinin toydan əvvəl bakirəliyin bərpası üçün etdiyi müraciətlərə gəlincə, bu, tələb təklif məsələsidir. İnsanlar bəzi hallarda özləri məcbur edir ki, bu hadisələr baş versin.

Bəziləri bilərəkdən, hisslərinə qulaq asaraq addım atır, daha sonra bu faciəyə çevrilir və əməliyyata üz tuturlar”.

M.Zeynalova hesab edir ki, qadınların bu əməliyyata üz tutmalarının səbəbi də qınaqdır: “Qadınlar belə başa düşür ki, heç kim onları anlamayacaq yaxud qəbul etməyəcək və gələcəkdə həyatları qınaq altında olacaq.

Mən ümumiyyətlə, sonu olmayan bu cür münasibətləri dəstəkləmirəm. Nə qədər ağır, çətin olsa da, reallığı deyib qarşındakına dürüst olduğunu nümayiş etdirməlisən. Onsuz da səhv addımı atmısan, bunu bir də hansısa müdaxilə, əməliyyatla sənə inanıb ailə quran adama etmək heç də doğru deyil”.

“Aldadan da kişidir, qadının namusunu ləkələyib sonra öldürən də”
Hüquq müdafiəçisi deyir ki, əslində qadını aldadan da, aldanmış vəziyyətdə ortada qoyub qınayan da kişidir:

“Bu hadisəyə görə o qadını öldürən də kişidir. Bu baxımdan övlad böyüdən valideynlər onlara düzgün tərbiyə verməli, kiminsə həyatını alt-üst etməyə, aldatmasına icazə verməməlidir. Hər kəsin digərləri qarşısında məsuliyyət hissi olmalıdır.

Onun həyatı, onun yaşamı, onun psixoloji durumu ilə bağlı məsuliyyətini dərk etməlidir. Təbii ki, hər bir qadın ailə qurmaq istəyir və bu ailəni əmin olaraq qurmaq istəyir. Təəssüf ki, sui-istifadə hallarında bu cür problemlər ortaya çıxır. Yenə də həmin hal olubsa belə, düşünürəm ki, onu doğru şəkildə anlatmaq lazımdır.

Bu əməliyyatlar, həkimlərə müraciətlərə son qoyulmalıdır. Əgər kimsə səni sevirsə, səni olduğun kimi, şəxsiyyət kimi, ruhun kimi sevəcək”.
“Yalanın ömrü heç bir həftə də çəkmədi…”

M.Zeynalova bakirəliyini bərpa etdirdikdən sonra ailə qurub boşanan bir qadının ona kömək üçün müarciət etdiyini qeyd edir: “Bakirəlik əməliyyatlarına üz tutub sonra problem yaşayan 20, 22, 28, 32 yaşlı xanımlar bizə müraciət edib, amma heç bir halda mən onlara kömək etməyi boyun olmamışam. Çünki qəti şəkildə bu cür əməliyatlara qarşıyam.

Bir dəfə mənə bir xanım yaxınlaşmışdı. Çox ziyalı bir xanım idi. Yəni bu kimi məsələlərdə qadınların təhsilsiz olmasını əsas gətirirlər çox vaxt. Amma bu xanım təhsilli idi. Deməli, bu xanım öz nişanlısı ilə münasibətdə olmuşdu. Amma onlar evlənəsi olmamışdı. Sonradan qadın başqa bir bəylə ailə qurmağa hazırlaşanda yaşadıqlarını gizlətməkdən ötrü əməliyyata müraciət etmişdi. Toydan bir həftə sonra telefonda rəfiqəsinə prosesi danışanda təsadüfən yoldaşı onu eşitmişdi. Yalan üzərində qurulan ailəyə bircə həftənin içərisində son qoyulmuşdu. Qarşı tərəf heç cür aldadıldığı ilə razılaşa bilmirdi. Baxın bu əməliyyatların belə nəticələri də var. Ona görə gizlətmək, aldatmaq, süni şəkildə bakirəliyi bərpa etmək yolverilməzdir.

Ümumiyyətlə, bakirəlik məsələsi və onun bərpası daha çox Şərq ölkələrində yayılıb. Harada ki, bakirəlik insan, qadın faktorundan üstdə durur, məsələ orda da aktualdır”.

Latest Posts

Don't Miss