Gündəm

15 min alim imzaladı: Yer kürəsi bu tarixdə məhv olacaq

BioScience jurnalı 161 ölkədən, 15 min alimin imzası ilə fəlakətli iqlim dəyişikliyi ilə bağlı xəbərdaredici məqalə dərc edib. 2100-cü ilə qədər iqlim dəyişikliyi insan həyatı ilə demək olar ki, uyğunlaşmayacaq və əsas resurslar – su və qida tükənəcək.

Publika.az xəbər verir ki, alimlər 2023-cü ilin iqlim dəyişikliyi göstəricilərinin rekord saya çatdığını və bu kimi halların mənfi hal olduğunu qeyd edirlər. Ötən illərdə ortaya çıxan iqlim dəyişikliyi bəşəriyyət üçün yaxşı heç nə vəd etməyən yeni normalara çevrilir. Alimlər qeyd edir ki, xüsusilə, meşə yanğınlarının güclənməsi, dözülməz isti dövrlərin artması, ümumi quraqlıq və adi su mənbələrinin məhv olması qaçılmazdır. Təhlüklə ilbəil artmaqda davam edir.

Təbii sistemlərin deqradasiyasından sonra tənəzzül sosial-iqtisadi sferanı da əhatə edəcək. Resurs çatışmazlığı yalnız vaxt məsələsidir. Yeni həyat, yeni şərait, tam başqa bir svilizasiya… Dəyişiklik qaçılmazdır.

Antropogen amilin iqlimə təsirini azaltmaq cəhdləri fəlakətin baş verməsini gecikdirə və ya mənfi nəticələrin müvəqqəti aradan qaldırılması üçün insanlara yeni texnologiyalar və biliklər verə bilər. Lakin bu da müvəqqətidir. Dünya alimləri bu istiqamtdə fikir mübadilələrini və müzakirlərini davam etdirirlər.

Back to top button