Hadisə

TƏCİLİ!!! SUMQAYITDA SİLAHLI BASQIN- ÖLƏNLƏR VAR-FOTO

Sumqayıtda atışma olub, ölən və yaralananlar var.

“Report”un məlumatına görə, hadisə 16 mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.

Belə ki, evə silahlı hücum zamanı ailənin 2 üzvü öldürülüb, yaralılar var. Hazırda yaralıların sayı dəqiqləşdirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Back to top button