Hadisə

Bakıda restoranda qanlı dava: “Dedi, yanımdakı qıza baxırsan…” – Təfərrüat

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Qax rayon sakini Adil ötən il dekabrın 30-da saat 5 radələrində Yasamal rayonu Moskva prospektində yerləşən “Huqqa” restoranından çıxarkən həmin restoranda digər masada əyləşmiş şəxsiyyəti istintaqa məlum olmayan və alkaqol sərxoşluğu vəziyyətində olan Samir adlı bir nəfər yolun kənarında ona yaxınlaşıb.

Samir restoranda onunla bir masada əyləşmiş qıza baxmasını ona irad bildirib. Bu zəmində onlar mübahisə ediblər. Adil heç kimə baxmadığını desə də, Samir üzərində olan ov bıçağını çıxarıb və onu vuracağı ilə hədələyib.

Amma Samir sərxoş olduğu üçün bıçaq əlindən yerə düşüb. Adil xoşagəlməz hadisənin qarşısını almaq məqsədi ilə bıçağı yerdən götürüb və gödəkcəsinin cibinə qoyaraq oradan getrmək istəyib.

Bu vaxt Samirlə bir masada əyləşmiş Fərid də onun özünün və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib və əlində dəmir boru parçası Adulə tərəf gəlib.

Adil az öncə yerdən götürdüyü bıçağı çıxarıb və Fəridin boğaz, qarın nahiyəsindən vurub.

İstintaq orqanı tərəfindən Adilin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, “Huqqa”restoranda əyləşib və bir bakal pivə içib: “Aşağı düşəndə mənə 1 nəfər yaxınlaşaraq onunla bir masada oturan qadına baxdığımı dedi. Dedim, elə şey ola bilməz. Həmin şəxs də baxdığımı deyərək israr etdi. Biz aşağı düşdük, mənə bıçaq çıxardı. Onu tanımırdım. Mübahisə elədikdə bıçaq yerə düşdü. Mən də həmin şəxs getdikdən sonra bıçağı götürdüm və “20 Yanvar” metrosuna tərəfə qayıtdım.

Arxadan Fərid gəldi, nalayiq sözlər dedi. Ona söyüş söyməməyi bildirdim. Bayaqkı oğlandan düşən və cibimə qoyduğum bıçağı çıxararaq onu vurdum. Sonra d29-cu polis bölməsinə gedərək hadisəni danışdım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə səhərə yaxın saat 4-5 radələrində olub: “Harasına xəsarət vurduğumu xatırlamıram. Boğazına vurduğum da yadımda deyil. Bilmədən vurmuş ola bilərəm.

Fəridin əlində “turba” vardı. Məni vurmaq istəyəndə dəymədi. Restoranda tək oturub 1 bakal pivə içmişəm. Hadisə küçədə baş verib və maksimum 7-8 dəyqə çəkib. Samirlə Fəridi ilk dəfə görürdüm. Onların bir-birilərini tanıdığını bilmirdim. Samirlə aramzıda olanlardan Fəridin xəbər tutduğunu da bilmirdim. Bıçağı özümü müdafiə üçün çıxarmışdım. Fəridin əlində “turba” vardı, həm də içkili idi. Videogörüntü olub-olmadığını bilmirəm. Həmin vaxt restoranda çox adam oturmuşdu.

Həmin gün bayram keçirtmək üçün işdən çıxmışdım. 3 yaşında 1 uşağı var”.

İş üzrə zərərçəkmiş Fəridin sözlərinə görə, valideyinləri ilə birlikdə yaşayır və hazırda fərdi əmək fəaliyyəti ilə məşqul olur: “Dekabrın 30-da gecə saat 1 radələrində tanışım Samirlə görüşdim, “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən “Huqqa” kafesinə gəldik. Samirin yanında tanışı Ləman adlı qız da vardı. Kafedə spritli içki işdik.

Bir neçə saat keçəndən sonra Samir masadan qalxaraq əvvəllər tanımadığım, adını sonradan bildiyim Adilin yanına getdi. Onlar kafenin qapısının qarşısında dayanaraq söhbət eldilər. Lakin nə barədə söhbət etdiklərini bilmədim. Bir neçə dəqiqə sonra kafedən çölə çıxdılar. Mən isə fikirləşdim ki, yəqin Samirlə Adil biri-birilərini tanıyırlar. Buna görə də onların arxası ilə çölə çıxmadım”.

Zərərçəkmiş deyib ki, Samir geri qayıtmayanda o da kafedən çıxıb: “Gördüm ki, kafenin qarşısında çoxlu sayda tanımadığım şəxslər toplaşaraq Samirlə söhbət edirlər. Samir oradan qaçaraq getdi. Yığışanlar getmək istədikdə, onların çox olduğunu gördüm. Onlara gücümün çatmayacağını düşündüm və yerdən dəmir boru götürdm. Sərxoş vəziyyətdə olduğum üçün həmin şəxslərin ünvanına söyüş söydüm. Bu zaman Adil geri qayıtdı, üstümə gələndə əlimdə olan boru ilə onu vurmaq istədim. Adil kənara çəkildi, boru ona dəymədi.

Adil əlində olan bıçaqla ilk öncə qarın nahiyəmdən, sonra isə boğazımdan vurdu. Zərbədən yerə yıxıldım, hüşumu itirdim. Özümə gələndə artıq Kliniki Tibbi Mərkədə olduğumu görüdüm”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Adil 3 il müddətinə azadlıqdan məhrum edilib.

Back to top button