Gündəm

Son dəqiqə – Bu məşhur həkim vəfat etdi- FOTO

Azərbaycanın əməkdar həkimi Şölə İsmayılova 91 yaşında vəfat edib.

Sağlamolun.az xəbər verir ki, bu barədə sosialşəbəkələrdə məlumat yayılıb.

Ş.İsmayılova 1933-cü ildə Qazax şəhərində anadan olub. 1941-51-ci illərdə Qazax şəhər 1 saylı orta məktəbdə oxumuş və oranı qızıl medalla bitirib.

1951-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub, 1957-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Sonra onu Bakıdakı Doğum Evinə həkim təyin etdilər.

Şölə İsmayılova vəfat etdi - FOTO

1970-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna assistent vəzifəsinə seçilib, 1978-ci ildə Kazan şəhərində namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alıb.

1981-ci ildən Azərbaycan Dövlət Tibb Universitetinin Mamalıq və Ginekologiya kafedrasında dosent vəzifəsində çalışıb. O, həkimlik fəaliyyətini də doğum evində davam etdirib.

1961-ci ildə Şölə İsmayılova “Ali dərəcəli həkim”, 2008-ci ildə isə “Respublikanın əməkdar həkimi” fəxri adına layiq görülüb.

Onlarla elmi məqalənin və səmərələşdirici təklifin müəllifidir. O, bir sıra dövlət və hökumət mükafatlarına layiq görülüb.

Ş.İsmailovanın ailəsinə və yaxınlarına başsağlığı veririk.  

Back to top button