Hadisə

4 aylıq körpəni və onun üç yaşlı qardaşını İH-nın qarşısına kim atıb? – ŞOK TƏFƏRRÜAT-FOTO

Gəncə şəhərində bir gündə iki uşaq küçəyə atılıb.

Uşaqlar bacı və qardaşdırlar.

Uşaqlardan biri 4 aylıq körpə qızdır.

Digəri isə 3 yaşlı oğlan uşağıdır.

Həmin uşaqlar şəhərin mərkəzində tapılaraq Gəncə Şəhər Uşaq Xəstəxanasına gətirilib.

Gəncədə körpələrin küçəyə atılmasının bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, uşaqların qəyyum olan nənə əvvəlcə dörd aylıq körpəni, sonra isə onun qardaşını Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısına qoyub.

Hazırda azyaşlılar uşaq xəstəxanasındadır.

Back to top button