Dünya

Putini görüşlərdə oxşarı əvəz edir? – Peskov açıqlama verməli oldu

Kreml Vladimir Putinin bəzən dublyorla (oxşarlarla) əvəzlənməsi ilə bağlı şayiələri bir daha təkzib edib və bunu absurd “ağ yalan” adlandırıb.

Sfera.az xəbər verir ki, Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib:

“Heç bir oxşar yoxdur. Bu, bir sıra KİV-lərin həsəd aparılacaq israrla müzakirə etdiyi absurd informasiya yalanları kateqoriyasına aiddir. Bu, əlbəttə, təbəssümdən başqa heç nəyə səbəb olmur”.

Xatırladaq ki, bir sıra Telegram kanalları Putinin huşunu itirməsi və oxşarı ilə əvəzlənməsi barədə məlumat yayıb.

Back to top button