Dünya

İsrail girovları bu yolla azad edəcək – General açıqladı

İsrail girovları güc yolu ilə azad etməyə çalışacaq.

FSB-nin istefada olan general-mayoru Aleksandr Mixaylov “Lenta.ru”ya müsahibəsində İsrailin terrorçularla danışıqların yolverilməzliyi siyasətinə sadiq qaldığını, buna görə də girovlarını güc yolu ilə azad etməyə çalışacağını bildirib. O həmçinin əlavə edib ki, bunun üçün girovların yeri barədə dəqiq məlumat tələb olunur.

Eyni zamanda, general-mayor İsrailin girovların sayı və onların saxlandığı yer barədə tam məlumata malik olub-olmadığını da deməyib.

“Girovların harada olması, sağ olub-olmaması və necə saxlanılması ilə bağlı suallar qalır. Məsələn, iki və ya üç nəfərin müxtəlif yerlərdə saxlanılmasını istisna etmirəm. İstənilən halda məlumat lazımdır”, – deyə Mixaylov yekunlaşdırıb.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, HƏMAS tərəfindən qaçırılan israillilərin sayı 203-ə çatıb.

Back to top button