Türkiyəli məşhur aktrisa Gonca Vuslateri hamilə olduğunu açıqlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, O, 2,5 aylıq hamilə olduğu xəbəri çıxandan sonra gerçək olduğunu bildirib:
“Bəli, hamiləyəm. İlk baxanda “bu adam” dediyim mükəmməl bir sevgilim var. Bir dəfə ailə qurmuşam. Gəlinlikləri, zinət əşyalarını, sevmirəm. Toyu yaz aylarına planlaşdırırıq”.