Gündəm

İsrail Qəzzadakı xəstəxanaya raket atmadığını təsdiqləyən VİDEO YAYDI 

İsrail Müdafiə Ordusu Qəzza zolağında Əl-Əhli xəstəxanasında baş verən hadisənin partlayışdan sonra dəlik yaradan döyüş sursatından qaynaqlanmadığını sübut edən dron görüntülərini yayımlayıb.
Kadrlardan görünür ki, partlayış nəticəsində ərazidə böyük yanğın baş verib, lakin krater yoxdur. Ordu bildirir ki, İsrailin zərbələri, adətən, yerdə böyük dəliklər yaradır.
Sfera.az xəbər verir ki, İsrailin məlumatına görə, hücum “İslami Cihad” terror təşkilatının raketi ilə həyata keçirilib.
Bundan başqa, İsrail Müdafiə Qüvvələri oktyabrın 17-də Qəzzadakı Əl-Əhli xəstəxanasına uğursuz raket atması ilə bağlı “İslami Cihad” və HƏMAS yaraqlıları arasında danışıqların səs yazısını paylaşıb. Səs yazısında yaraqlılardan biri hətta raketin xəstəxanaya düşməsinə təəccübünü ifadə edib.
“Ay Allah, o (raket) başqa yerdə partlaya bilməzdi?” – deyə yaraqlı bildirib.

Back to top button