Gündəm

Biabırçı videosu ilə gündəmə gələn Şəmsi Səmədzadə kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, tanınmış iş adamı Şəmsi Səmədzadə ilə bağlı yayılan görüntülər sosial mediada geniş müzakirələrə yol açıb.

Musavat.com xəbər verir ki, videodakı digər şəxs olduğu deyilən masaj fəaliyyəti ilə məşğul olan “Həyat” ləqəbli şəxs videoaçıqlama yayıb.

O videonun yalan olduğunu söyləyib, bildirib ki, keçmiş sahibkarın nüfuzuna zərər vurmaq üçün video montajlanıb.

Biabırçı videosu ilə gündəmə gələn Şəmsi Səmədzadəni arvadının ifşa etməsi ilə bağlı iddialar var. Şəmsi Səmədzadə həbsxanadan çıxdıqdan sonra öz həyat yoldaşı ilə yollarını ayırıb. Hətta bu barədə yaxınlarının olduğu qrupa video müraciət də göndərib. Şəmsi Səmədzadənin qardaşı və yaxınları hesab edirlər ki, vəziyyətin yaranmasında onun öz yaxınları və xüsusilə də həyat yoldaşının rolu var.

Back to top button