GündəmHadisə

Əri tərəfindən öldürülən müğənni Yaqut Nərimanın qətli ilə bağlı YENİ TƏFƏRRÜATLAR -VİDEO

Bu gün günorta saatlarında Bakıda ağır cinayət olub.

Hadisə paytaxtın Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 24/25 ünvanında qeydə alınıb.

Bununla bağlı Nizami Rayon Prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1984-cü il təvəllüdlü Anar Həşimovun Nizami rayonu, Şərifli küçəsində birgə yaşadıqları mənzildə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Yaqut Həşimovanı bıçaq xəsarətəri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Yaqut Nəriman kimi tanınan müğənni Yaqut Həşimovanın bacısı Şəlalə Nəriman deyib ki, bacısı ilə onun həyat yoldaşı arasında son günlər mübahisələr olurmuş. Cinayətin törədilməsinin ilkin ehtimallardan biri həmin mübahisələrdir.

Həyat yoldaşı onun xalası oğlu imiş.

Mərhumun yaxınları isə hadisənin şokunu yaşayırlar.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Anar Həşimov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Referans.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Back to top button