Tuesday, November 26, 2024

Latest Posts

Nersisyan “Laçın” postundan belə keçib – Özü açıqladı

Qarabağdakı keçmiş separatçı-terrorçu xuntanın keçmiş “dövlət naziri” Qurgen Nersisyan İrəvana necə gedə bildiyi haqda açıqlama verib.

Referans.az axar.az-a istinadən bildirir ki, Nersisyan erməni mediasına müsahibəsində Ermənistana gedənlər arasında ilklərdən olduğunu dolayısı ilə təsdiqləyib.

O bildirib ki, Azərbaycan sərhədçiləri onu dərhal tanıyıblar və saxlayıblar. Lakin uzunmüddətli danışıqlardan və rus sülhməramlıların xahişindən sonra onun sərbəst buraxılması barədə qərar qəbul ounub.

O, Ermənistana keçəndən sonra səssiz qalması və gözə dəyməməsinin səbəbinə də aydınlıq gətirib. Bildirib ki, o, sərhəddən keçəndə hələ Qarabağdakı separatçı dəstənin rəhbərləri Xankəndidə imiş, ona görə də İrəvanda olduğu haqda səs-küy yaradıb, digərlərinin sərhədi keçməsinə əngəl olmaq istəməyib.

Nersisyan “bundan sonra nə edəcəksiniz” sualına cavab olaraq ixtisasca hüquqşünas olduğunu deyib: “Öz ixtisasıma uyğun iş tapıb işləyəcəyəm”.

Qeyd edək ki, Qurgen Nersisyan azərbaycanlılara qarşı cinayətlərdə iştirak etməyib və o, Azərbaycan Baş Prokurorluğunun axtarış elan etdiyi şəxslər siyahısında da yoxdur. Ona görə onun sərbəst buraxılması qeyri-adi deyil.

Latest Posts

Don't Miss