Fövqaladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəisi də vəzifəsindən azad edilib.
Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Tibb Xidmətinin rəisi, polkovnik Əligülov Elçin Vəliağa oğlu öz istəyi ilə işdən azad olunub.
Elçin Əligülov
Onun yerinə müvəqqəti olaraq Fövqaladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəis müavini Ərəstun Əliyev təyin edilib.
Ərəstun Əliyev
Qeyd edək ki, polkovnik Elçin Əligülov Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin yaxın qohumudur.