Oktyabrın 11-dən 12-nə keçən gecə Hacıqabulun Navahı qəsəbəsində baş vermiş dəhşətli yanğında həlak olan 5 nəfər dəfn edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, Zəngilan rayonundan məcburi köçkün olan 42 yaşlı Aybəniz Haşımova, onun 11 yaşlı oğlu Elgün Sadıqov, 13 yaşlı qızı Zəhra Sadıqova və hadisə vaxtı onlara qonaq gəlmiş anası 73 yaşlı Sara Abışova Cəlilabad rayonunda dəfn edilib. Onlar yanaşı formada torpağa tapşırılıb. Belə ki, mərhum A.Haşımovanın yaxınları doğmalarının Cəlilabadda dəfn edilməsini istəyib və onların cənazələrini həmin rayona aparıblar.
Hadisədə həyatını itirən 80 yaşlı Mütəllim Mahmudov isə Navahı qəsəbə məzarlığında dəfn edilib.
Qeyd edək ki, dəhşətli yanğınla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.