Şou- biznes

Aktrisa: Üzüm üzlər görüb, nələr yaşamışam-FOTO

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva aktyor Kamran Ağabalayevanın “Qapqara” layihəsində deyib. Sənətçi ailə qurmamasından, haqqında çıxan məlumatlardan bəhs edib:

“Nə qədər müasir geyinsək də, içimizdə bir azərbaycanlı mentaliteti var. İl 2040-2050 olsa da beyinlər müasirləşmir. Günümüzdə də ailələrin çoxu köhnə düşüncədədir: tanınmış olmamalı, ev qızı olmalı, 18 yaşında qız almaq lazımdır. Üzüm üzlər görüb. Nələr görmüşəm, yaşamışam, bilmişəm, haqqımda yalan-doğru xəbərlər çıxır. Ana da baxır deyir ki, bunu gəlin edəndə sabah qohum mənə nə deyəcək? Özü də yox, qohumu düşünür”.

Back to top button