Hadisə

Nizami Gəncəvi küçəsində ATIŞMA: ÖLƏN VAR

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsində orta yaşlı azərbaycanlı kişi güllələnib.

Milli.Az APA-ya istinadən bildirir ki, insident yerli vaxtla saat 20:30-da şəhərin Nizami Gəncəvi küçəsində baş verib.

Güllələnən şəxsin Marneuli sakini Rasim Gərəhməzli olduğu bildirilib.

O, aldığı güllə yarasından yerindəcə keçinib.

Əraziyə polis cəlb olunub, faktla bağlı istintaq başlayıb.

Back to top button