Qızına 15 yaşından başlayaraq 4 il cinsi zorakılıq etmək ittihamı ilə həbsdə olan və qızının dünyaya gətirdiyi körpənin bioloji atası olduğu müəyyən edilən B.D 65 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.
Publika.az xəbər verir ki, Ankarada santexnik işləyən B.D (49) 2015-ci ildə 15 yaşlı qızı M.D-ni (23) cinsi istismara məruz qoyub. B.D qızını “Bu hadisəni anana desən, səni və qardaşını öldürəcəm” deyərək hədələyib. Hadisədən sonra hamilə qalan M.D, kökəlməsinin və anasının vəziyyəti görməsinin ardından sevgilisindən hamilə qaldığını deyib. Qız ailəsi ilə birlikdə özəl klinikaya gedərək körpəni abort etdirib. Lakin o 2016-cı ildə atasının cinsi istismarına məruz qalaraq yenidən hamilə qalıb. M.D qız uşağı dünyaya gətirib və doğuşdan dərhal sonra körpəsini övladlığa verib. 4 il cinsi istismara məruz qalan azyaşlı 2019-cu ildə vəziyyəti anasına danışıb. Ana və qızının şikayəti ilə saxlanılan B.D məhkəmə tərəfindən həbs edilib.
İşin ötən il oktyabrın 1-də Ankara 11-ci Ağır Cəza Məhkəməsində keçirilən 4-cü iclasında müttəhim B.D-nin xaricə çıxışına qadağa qoyulması ilə bağlı məhkəmə nəzarəti tədbiri ilə azadlığa buraxılmasına qərar verilib.
Məhkəmə mərhələsində Ankara Ədli Tibb Qrup Başçılığı tərəfindən hazırlanan və 2016-cı il təvəllüdlü körpənin B.D-dən olduğu bildirilən DNT hesabatı da iş materiallarına daxil edilib. Hesabatda qızın və təqsirləndirilən ata B.D-nin DNT profillərinin uyğun olduğu və onun bioloji atası olma ehtimalının 99,99 faiz olduğu bildirilib. Bunun üzərinə B.D həbs edilib.
Məhkəmə qərarını elan edərək, təqsirləndirilən şəxsin sözügedən hərəkəti müxtəlif vaxtlarda törətdiyini bildirib və müttəhim B.D-ni “uşağa qarşı cinsi istismar” cinayətinə görə 64 il 1 ay 15 gün və “hədə-qorxu” cinayətinə görə isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib.