Tuesday, November 26, 2024

Latest Posts

Rəfiqəsinin narkoman etdiyi qadın bədənində qurdlarla gəzir – VİDEO

Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki buraxılışında 8 ildir narkotik asılılığından əziyyət çəkən Aygün öz həyat hekayəsini danışıb.

O, rəfiqəsinin təklifi ilə narkotikdən istifadə etməyə başladığını deyib: “Birlikdə kosmetik vasitələr satırdıq. Qeyri-rəsmi nikahda yaşadığı oğlanla narkotik istifadə edərkən görürdüm. Dedi, pis bir şey deyil. “Patı”dan başladım, sonra da “kakos”a keçdim”.

Pis vərdişdən qurtulmaq istədiyini deyən Aygün narkotikə görə bədənində əmələ gələn yaraların çətinliklə sağaldığını qeyd edib.

Qadının sözlərinə görə, həyat yoldaşı da narkotik asılılığına görə ondan ayrılıb və hazırda övladları ilə görüşə bilmir: “Yoldaşım dəfələrlə ev şəraitində məni müalicə etdirdi. Qalmadım, qaçdım. Ayrılsam da, məndən əl çəkmirdi. Deyirdi, səni bağışlayıram, uşaqlarının yanına qayıt”.

Latest Posts

Don't Miss