İsraildə həlak olan azərbaycanlıların kimliyi məlum olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Şamil Abbasov – İsrail vətəndaşı.
Emin Axundov – İsrail vətəndaşı
Roman Qandel – İsrail vətəndaşı
Elkin Nezerov – İkili vətəndaş
Qeyd edək ki, İsraildə HƏMAS-ın hücumları nəticəsində 1 Azərbaycan vətəndaşı həlak olub. Həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli 3 şəxs də var.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.