HƏMAS-ın İsrailə hücuma başlamasıdan sonra bu qruplaşmanı müdafiə edən İran mediasında Azərbaycana qarşı da ittihamlar tirajlanmağa başlanıb.
Publika.az xəbər verir ki, HƏMAS-a dəstək aksiyasında Azərbaycan əleyhinə şüarlar səsləndirilib.
İran ordusuna yaxın media orqanları HƏMAS-İsrail toqquşmasında Azərbaycan əleyhinə çirkin iddialar irəli sürüb.
İddia edilir ki, Azərbaycanın “Ağıllı kənd” layihəsi Fələstindən qovulan yəhudilər üçün nəzərdə tutulur, onlar Qarabağ və ətraf ərazilərdə yerləşdiriləcək. Ümumilikdə isə Xankəndini yəhudi qaçqınlarına vermək planlaşdırılır.
Bunun absurd iddia olduğu aydındır. Lakin əsas diqqətçəkən məqam İranda müəyyən qrupların HƏMAS-İsrail qarşıdurmasında Azərbaycanın adını bu və ya digər formada hallandırmağa cəhd etməsidir. İstisna deyil ki, toqquşma şiddətləndikcə, HƏMAS-ı müdafiə edən İran Azərbaycanı İsraillə münasibətlərinə görə ittiham etməyə başlayacaq. Əvvəlki təcrübə də bunu deməyə əsas verir. Görünür, indi media üzərində ictimai rəyi formalaşdırmağa çalışırlar.
Asif