Monday, November 25, 2024

Latest Posts

Əri həbsdə olan qadın evə kişi gətirdi, gecə qaynı… – ŞOK TƏFƏRRÜAT

Bakıda 1977-ci il təvəllüdlü Əfqan qardaşı arvadının sevgi münasibətində olduğu Əmirə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Hadisə bu il yanvarın 3-də gecə saat 1 radələrində baş verib. Əfqan onunla eyni həyətyanı sahədə yerləşən evdə yaşayan, həbsxanada cəza çəkən qardaşı Mahmudun arvadı Ləmanın yanında kənar şəxsin olmasından şübhələnib.

O, həmin evin pəncərəsinə yaxınlaşıb və içəridə yad kişi görüb. Pəncərəni sındıraraq nə baş verdiyini aydınlaşdırmaq üçün onların hər ikisinin çölə çıxmalarını tələb edib. Evin giriş qapısına tərəf gedib, qapını açan tanımadığı Əmirə əri həbsdə olan tək qadının evinə gəlməyin düzgün olmadığını deyib.

Daha sonra deşici-kəsici əşya ilə Əmirin qarın nahiyəsinə vurub.

İstintaq orqanı tərəfindən Əfqanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

“Ayrı-ayrı evlərdə yaşamışıq”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş 126.1-ci maddə ilə özünü təqsirli bilməyib.

O bildirib ki, özünü məcəllənin 129.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilib.

Əfqan ifadəsində göstərib ki, hadisədən əvvəl müxtəlif restoranlarda kababçı işləyib: “Qardaşım Mahmud 2021-ci ildə narkotik vasitələrin istifadəsi və dövriyyəsində təqsirli bilinərək həbs olundu. Qardaşımın övladı azyaşlı olduğu üçün onun ailəsinə də özüm baxmışam. Qardaşımla eyni həyətyanı sahədə, lakin ayrı-ayrı evlərdə yaşamışıq. Həyətə giriş qapısı eynidir”.

“Evdə yad kişi səsini eşitdim”

Təqsirləndirilən şəxs qeyd edib ki, yanvarın 2-də təxminən saat 21.30-da işdən çıxıb və yaşadığı evə gəlib: “Həyətdə manqalı və şişləri yerbəyer etməyə başladım. Bu zaman Ləmanı həyətdə gördüm, ondan şişləri yumağa və evin qarşısına aparmağa kömək üçün oğlu Pərvizi yanıma çağırmağı xahiş elədim. Ləman isə Pərvizin evdə olmadığını, Buzovna qəsəbəsində yaşayan ana babasının yanına getdiyini dedi. Şişləri özüm yudum, Ləman isə evə keçdi.

Təxminən saat 00.45-də çölə çıxaraq həyətin işığını söndürdüm. Evə keçəndə həyətin dəmir qapısının içəridən açıldığını eşitdim. Səsi eşitdikdə həyətin qapısına tərəf getdim və qapının cəftəsinin açıq olduğunu gördüm. Qardaşım oğlunun Buzovnada yaşayan ana babasıgildən qayıdaraq gəldiyini düşündüm. Cəftəni çəkdim, qardaşımın evinin qarşısından keçəndə pəncərdən işığın yandığını görüdüm, yad kişi səsi eşitdim.

Əvvəlcə televizorun səsi olduğunu düşündüm, bir müddət dayanıb dinlədikdən sonra gəlinimizlə yad kişinin danışıq səsləri olduğunu eşitdim”.

“Ləmanla münasibət saxladığını bildirdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, əsəblərinə hakim ola bilməyib və həyətdə olan kabab bişirmək üçün nəzərdə tutulan şişlərdən birini götürüb, Ləmangilin yaşadığı evin pəncərəsindən içəri baxıb:

“Şişi götürməkdə məqsədim tanımadığım yad kişini qorxutmaq idi. Bu zaman Ləmanın yanındakı kişini şəxsi gördüm. Onlar dərhal evin əsas giriş qapısına tərəf qaçdılar. Mən də qapıya tərəf getdim və qapını içəridən tanımadığım bir nəfərin açdığın gördüm. Qarşılaşdıq, ondan kim olduğunu soruşdum. Bir neçə saniyə göz-gözə dayandıq. O, Ləmanla münasibətdə olduğunu bildirdi”.

“Qardaşım oğlu anasından şübhələndiyini bildirdi”

Təqsirləndirilən şəxs deyib ki, sonradan həmin şəxsin Əmir olduğunu öyrənib: “Ondan bayıra çıxmağı tələb etdim, Ləmanın qardaşım arvadı olduğunu, hazırda qardaşımın həbsdə yardığını, onun arvadıyla münasibət saxlamağın düzgün olmadığını dedim.

Əmir sözlərimə məhəl qoymayaraq sinəmdən itələdi. “Ləmanla özümüz bilərik, bu münasibətin heç kimə aidiyyəti yoxdur” dedi. Əmir sinəmdən itələyəndə özümü saxlaya bilmədim və yerə yıxıldım.

Əmir qaçanda əlimdə olan şiş onun paltarına ilişdi. Arxası ilə getmək istəsəm də, hava qaranlıq olduğu üçün onu gözdən itirdim. Sonra geri qayıdaraq gəlinimiz Ləmandan baş verənlərin səbəbini soruşmaq istədim. Ləmanı evdə tapmadım.

Daha sonra qardaşım oğlu Pərvizlə telefonda danışaraq evə çağırdım və hadisə barədə ona məlumat verdim. O da anasının başqa şəxslə münasibəti olmasından bir neçə müddətdir şübhələndiyini bildirdi”.

“Ərinin həbsdə olmasını bilməmişəm”

İş üzrə zərərçəkmiş Əmirin sözlərinə görə, hadisədən təxminən 4-5 ay əvvəl “Tik-tok” sosial şəbəkəsində əvvəllər tanımadığı Ləmanla tanış olub və tanışlıq sevgi münasibətinə çevrilib:

“Ləmanla münasibətimiz daha da dərinləşdiyi üçün onun evinə ara-sıra gedib-gəlmişəm. Hər dəfə Ləmangilə gedəndə onun oğlu Pərviz evdə olmayıb. Ləmanın övladının olmasını bilsəm də, evli olmasından, ərinin həbsdə yatmasından xəbərsiz qalmışam.

Ləman qaynı Əfqanla eyni həyətdə, lakin ayrı-ayrı evlərdə yaşayırdı. Həyətə giriş qapısı da eyni idi”.

“İntim münasibət olmadı”

Əmir deyib ki, yanvarın 3-də təxminən saat 1 radələrində işdən çıxıb və yaşadığı evə gəlib: “Ləmanla vatsapda danışaraq görüşmək istədiyimi dedim. O da ona etiraz etmədi. Təxminən gecə saat 01.16-da Ləman vatsapdaə zəng edərək qaynı Əfqanın yaşadıqları evin həyətində olduğunu dedi, mənə gəlməməyi tapşırdı.

Bir neçə dəqiqə gözlədikdən sonra Ləmanın yaşadığı evin həyətindəki giriş qapısının açıq olduğunu gördüm və həyətə keçdim. Ləmanın yaşadığı evin qapısını döyərək içəriyə girdim. Aramızda hər hansı intim münasibət olmadı. Sadəcə Ləmana pul verməli olduğumdan həmin gün evlərinə getdim. Qonaq otağında 2-3 dəqiqə söhbət etdik.

Qəfildən evin yataq otağının pəncərə şüşəsinin sınmasının səsini eşitdim. Əfqan qışqıraraq bayıra çıxmağımızı tələb etdi. O, LəmanIa məni qonaq otağında gördü. Qonaq otağının da pəncərəsinin şüşəsini sındıraraq bizdən bir daha eşiyə çıxmağımızı tələb etdi”.

“Baş verənləri xatırlamıram”

Əmir qeyd edib ki, daha sonra Əfqan evin giriş qapısını açmağı tələb edib: “Artıq hər şeyin Əfqana aydın olduğunu başa düşdük. Ləman giriş qapını açaraq dərhal qaynı Əfqanın ayaqlarından tutaraq yalvarmağa başladı. Mənə də qaçmağımızı dedi. Birgə qaçaraq oradan uzaqlaşmağa çalışdıq. Həyəcanlı olduğumdan Əfqanın hansı şəraitdə mənə xəsarət yetirməsini hiss etmədim.

Qaça-qaça yaşadığım evə tərəf getdim. Sonradan Ləman mənimlə əlaqə saxladı, özünün də evdən çıxdığını və getməyə başqa yeri olmadığını dedi. Mən evimizin yerini izah edərək bacım Lalənin onu qarşılayacağını dedim.

Təxminən iyirmi dəqiqə sonra Ləman yaşadığım evə gəldi. Bir müddət sonra paltarlarımda qan olduğunu gördüm, qarnımın ağrıdığını hiss etdim. Ağrıya dözə bilmədiyimdən ailə üzvlərim məni 3 saylı şəhər klinik xəstəxanasına apardılar. Daha sonra baş verənləri isə xatırlamıram”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Əfqan 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Latest Posts

Don't Miss