Şou-biznes

Yusif Xoşqədəmi, Tolik isə onu tənqid etdi

Axşam.az xəbər verir ki, Yusif rəqs videosu yayımlayaraq ad çəkmədən bunları yazıb:

“Efirdə “siz məni təhdid edirsiniz” deyən “opparıcıya”, bəli “opparıcıya” baxmaqdansa, buna baxmaq daha məqsədəuyğundur”.

Daha sonra isə aparıcı-prodüser Tarix Əliyev Xoşqədəmlə foto yayımlayaraq, Yusifi tənqid edib: 

“Gördüm ki, Xoşqədəm Hidayətqızı kimi bir aparıcıya son 10 ildə adı heç kimin yadına düşməyən şəxs söz atıb. Təbii ki, illərlə sosial layihələr aparıb, minlərlə ailənin probleminin həllində dəstək, vurulmuş insanların yanında olan Xoşqədəmə təhdid, hədə-qorxu, təzyiqlər olub, bundan sonra da olacaq. Xoşqədəm Hidayətqızı bəzi əks cinsin nümayəndələrindən fərqli olaraq, səlahiyyətindən istifadə edib nə onların karyerasında yollarını kəsib, nə də başqa şey. Əsas odur ki, Xoşqədəm jurnalistika fəaliyyətində adı jurnalistlərlə bir hallanır. Bəziləri kimi müğənnilərdən 200 manat alıb efirində bəh-bəhlə tərifləməyib”.

Qeyd edək ki, X.Hidayətqızı efirə zəng edərək “İstəyirsiniz gəlim Bakıya, nazirliyə gedim və sizə problem yaradım” sözlərini söyləyən şəxsə “Siz məni təhdid edirsiniz?” cavabını verib.

Back to top button