Dünya

İsrailin itkiləri açıqlandı: 600-dən çox ölü, 2 mindən yuxarı…

Həmas qruplaşmasının Qəzza yaxınlığındakı İsrail icmalarına kütləvi hücumu və İsrailə atılan minlərlə raket nəticəsində ölənlərin sayının 600-dən çox olduğunu bildirir. 

Publika.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Ölənlər arasında onlarla əsgər və polis də var.

İsrail Səhiyyə Nazirliyi də xəstəxanalardakı yaralıların sayının 2048-ə çatdığını bildirir. Onlardan 20 nəfər kritik, 330-u isə ağır vəziyyətdədir.

Hücumdan 30 saatdan çox vaxt keçdikdən sonra hərbçilər sərhəd icmalarında silahlılarla döyüşləri davam etdirir.

Back to top button