Hadisə

Baboş yenə saxlanıldı: Bu dəfə də…

“Tik Tok”da “Baboş” ləqəbi ilə tanınan Babək Cabbarov iddialara görə polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumat sosial şəbəkələrdə yayılıb.

Babək Cabbarov “Tik-Tok” sosial şəbəkəsində canlı yayın açdığı zaman vətən torpağı uğrunda canı və qanı bahasına döyüşən qazimizə nalayiq xoşagəlməz ifadlər işlədib.

Yekun nəticədə Qazimiz “Babək Cabbarov”-un olduğu məkana yəni dərnəgül yolu deyilən ərazidə “Çingiz Xan” restoranının yaxınlığına bir neçə qazi ilə yaxınlaşıb. Bundan sonra əraziyə 17-ci Polis bölməsinin bir neçə əməkdaşı cəlb edilib.

Nəticədə Babək Cabbarov Polis əməkdaşları tərəfindən saxlanılaraq Polis bölməsinə aparılıb.

Back to top button