Dünya

Azərbaycandan İsrailə: Nə baş verir? – ABŞ diqqəti iki ölkəyə çevirdi

Bütün xəbərdarlıqlara baxmayaraq, İsrailin Ukraynaya hərbi dəstək verməməsinə görə ABŞ Təl-Əvivə kəşfiyyat dəstəyini kəsib.

 Teleqraf xəbər verir ki, bu barədə Türkiyədə fəaliyyət göstərən “Rusiya” Araşdırmaları İnstitutunun (RUSEN) analizində deyilir.

Mərkəzin ekspertləri iddia edirlər ki, İsrail hökuməti və ya MOSSAD-ın HƏMAS-ın hücumunu qabaqcadan görə bilməməsinin səbəbi ABŞ-ın kəşfiyyat dəstəyini kəsməsidir:

“İranın Qafqazda güclənmək səylərinə görə İsrailin Rusiya və İran siyasətinə reaksiya verməməsi ABŞ-ı hərəkətə keçirməyə vadar etdi. İsrail Ukrayna siyasətini dəyişmədikcə və Rusiyaya açıq cavab vermədikcə, ABŞ-ın təzyiqinə məruz qalacağı gözlənilir.

Türkiyə-İsrail münasibətlərindəki son hadisələrin Vaşinqtondan asılı olmaması da ABŞ-ı tədbir görməyə sövq edə bilərdi.

İsrailin Yaxın Şərqdəki ərəb dövlətləri ilə atdığı normallaşma addımı artıq başa çatıb. İsrail 20 il əvvələ qaytarılıb. Bu prosesdə Körfəz ölkələri Türkiyənin silah sənayesinə ehtiyac duyurlar. İranla yaxın münasibət qurmaq istəməyən BƏƏ və Səudiyyə Ərəbistanı kimi ölkələr Türkiyənin silah sənayesinə tələbat partlayışı yaradıb.

İsveçin NATO-ya üzvlüyünün qəbul edilməməsinin Avropada böhrana səbəb olacağını bilən ABŞ Türkiyə ilə kompromis formulları axtarır. Türkiyə heç vaxt olmadığı qədər əhəmiyyətli ölkəyə çevrilib.

Rusiya, Körfəz ölkələri və ABŞ kimi ölkələr Türkiyəni yaxın saxlamaq üçün düsturlar axtarır. ABŞ-ın Türkiyə siyasəti ağır xərclər gətirdi.

ABŞ-ın bütün planlarını Türkiyədə hakimiyyət dəyişikliyinə bağladıqdan sonra baş verən uğursuzluq indi Suriyada qərar qəbul etmə nöqtəsinə gəlib çatıb.

Türkiyə Suriyanın şimalında təhlükəsiz zonanı indi reallaşdıra bilməsə, yaxınlaşan İran-İsrail gərginliyi səbəbindən bu proses heç vaxt baş tutmaya bilər

İsrail-Fələstin gərginliyində İranın təsiri açıq şəkildə görünür. HƏMAS-ın istifadə etdiyi pilotsuz təyyarələr və silahların İran üzərindən tədarük edildiyinə dair məlumatlar var. Bundan əlavə, HƏMAS hücum zamanı kiberhücum və elektron sistemlərin kilidlənməsi səbəbindən İsrail silahlı qüvvələrinin bir-biri ilə əlaqəsi 6 saat kəsilib. Bu texnologiyanın İran vasitəsilə təmin edildiyi güman edilir”.

Təhlildə vurğulanır ki, İsrail və Fələstin arasındakı gərginlik diqqəti Ukraynadan ayırıb Yaxın Şərqə yönəltmək baxımından Rusiyanı bir qədər rahatlaşdıracaq:

“Uzunmüddətli gərginlik isə perspektivdə İsrailin Rusiyaya qarşı reaksiyasını sərtləşdirə bilər. Buna səbəb Rusiyanın İranla hərbi əməkdaşlığı olacaq. İsrailin İrana hərbi cavabı isə yaxınlarda Rusiya və İran arasında imzalanan hərbi əməkdaşlığı tətikləyəcəyi üçün Rusiyanın İsrailə təpkisini gecikdirməyəcək.

İsrail-Fələstin böhranı göz qabağındadır, real proses isə İsrail-İran, İsrail-Rusiya gərginliyinə çevrilir və ABŞ-ın bu durumda cəbhələri müəyyənləşdirmək cəhdi çox güman ki, uğurlu olacaq”.

Mərkəzin ekspertləri deyirlər ki, İsrail və Fələstin arasında davam edən gərginlik Türkiyəyə Suriyadakı əməliyyatlarını və təhlükəsiz bölgə qurmaq planlarını tamamlaması üçün zəmin yaradır:

“İsraillə İran arasında baş verə biləcək böhran NATO-ya da təsir edəcəyi üçün ABŞ-ın İrana qarşı Türkiyə və Azərbaycana ehtiyacı artır. Bu iki ölkə bu istəyə mənfi cavab versə, ABŞ Ermənistandan istifadə etmək istəyəcək.

ABŞ-ın Fələstin böhranından Türkiyə-İsrail yaxınlaşmasına son qoymaq üçün istifadə edəcəyini də deyə bilərik”.

Back to top button