Hadisə

Xalq artistinin qardaşı oğlu Vətən Müharibəsində şəhid olub – Toyuna hazırlaşırdıq… – FOTO

Xalq artisti Mənsum İbrahimov şəhid olan qardaşı oğlu İsrafil İbrahimovdan danışıb. 

Xanəndə “Xəzər axşamı” proqramında qonaq olarkən, ona İsrafilin fotosu göstərilib. Kövrələn İbrahimov bildirib ki, onun toyuna hazırlaşırmışlar:

“Xüsusi təyinatlı idi, 30 gün döyüşdü. Ordu Füzulidə olanda, o, Laçında idi. Yüzlərlə şəhidin intiqamını aldı. Üç qardaşım qazidir. İsrafil Xocalı, Şuşa xatirəsi ilə böyümüşdü. Laçın ərazisində şəhid oldu. Şəhid olmazdan bir gün əvvəl hamımıza zəng etdi. Onun toyuna hazırlaşırdıq. Dedim ki, özünü qoru. Cavab verdi ki, əmi, biz vətəni qoruyuruq. Şəhid olmağa özünü hazırlayırdı”.

Qeyd edək ki, İsrafil İbrahimov Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. Laçın uğrunda gedən döyüşlərdə şəhid olub. O, Ağdamda dəfn edilib. / Axşam.az 

Back to top button