Hadisə

Bakıda qəribə hadisə – Keçmiş sevgilisinin qapısına…

Bir neçə gün əvvəl Bakı şəhər Nizami rayonu ərazisində qəribə hadisə baş verib.

Publika.az-ın əldə etdiyi məlumata görə, paytaxt sakini Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsinə müraciət edərək əvvəllər sevgi münasibətində olduğu Naxçıvan MR Ordubad rayon sakini, 1977-ci il təvəllüdlü R.Seyidovun onu təhqir etdiyini bildirib.

O bildirib ki, keçmiş sevgilisi yaşadığı ünvana gəlib və kağız parçasına təhqiramiz sözlər yazaraq evinin qapısına yapışdırıb. Polis əməkdaşları R.Seyidova paytaxtdakı poçt şöbələrindən birində yaxınlaşaraq onu bölməyə dəvət ediblər. Bu zaman həmin şəxs etiraz edərək getmək istəməyib.

Bundan sonra onun barəsində protokol tərtib edilib. Həmçinin onun əməlində cinayət deyil, inzibati xəta tərkibinin olması bildirilib. O daha sonra polis bölməsindən məhkəməyə aparılıb. Nizami rayon Məhkəməsi R.Seyidova 200 manat cərimə kəsib.

Back to top button