Monday, November 25, 2024

Latest Posts

102-ci rus hərbi bazası hərəkətə keçir: Paşinyan üçün… – Kritik gəlişmə

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

  • Cümşüd bəy, bu gün erməni əsilli sakinlərin Qarabağı könüllü şəkildə tərk etməsi fonunda Azərbaycana qarşı müxtəlif ittihamlar səslənir. Sanksiyalar və digər məsələləri gündəmə gətirirlər. Bu yanaşmalarda əsas məqsəd nədir?
  • Avropa Parlamentinin bütün qərarları tövsiyə xarakterlidir. Bu qərarların məcburi icra mexanizmi yoxdur. Ona görə də, onların Azərbaycan haqqında çıxardığı “qərar” saxtakarlıqla, ədalətsizliklə xarakterizə olunur. Bu gün olmayan şeylərlə bağlı ittihamlar irəli sürmək məntiqsizdir. Əgər onlar özlərinə hörmət edirdilərsə, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğalda saxlanıldıqda, azərbaycanlılar etnik təmizləməyə, soyqırımına məruz qalanda üzə çıxardılar. Əslində antiterror tədbirlərindən sonra Qarabağda yaşayan ermənilərin kütləvi şəkildə bu ərazidən çıxışını təşkil edənlərin təxribat məqsədləri aydın idi. Bu gün az qala 100 mindən çox erməninin bu ərazidən çıxdığını elan edirlər. Amma reallıqda onların iddia etdikləri sayda erməninin buradan çıxması mümkün deyil. 7 günə 120 min erməninin buradan çıxmasını iddia etmək sadəcə olaraq nağıldır. Çünki gün ərazində Laçın sərhəd-buraxılış məntəqəsindən sadəcə olaraq 4-5 min erməni çıxa bilərdi. Burada hər hansı bir avtomobilin yoxlanması 5 dəqiqədən artıq bir vaxta başa gəlir. Bununla da 1 saata uzağı 20 avtomobilin keçidini təşkil etmək olar. Bu işə peşəkərcasına yanaşmaq lazımdır. Dövlət sərhədindən keçid ancaq bu qaydalarla mümkün olur. Əgər küçə təfəkkürü və qaydasına əsasən Avropa Parlamenti “qərar” çıxarırsa bu onların səviyyəsini göstərir. Bu gün Avropa Parlamenti özü pis gündədir. Özlərinə umac ova bilmirlər, Azərbaycana ərişdə kəsirlər. Belə bir gülünc vəziyyətdə hansısa hüquqdan danışmaq yersizdir.
  • Sizcə, Azərbaycanı xəritədə belə göstərən bilməyən Avropa Parlamentinin deputatlarının vermiş olduğu absurd qərar hansı mahiyyət daşıyır?
  • Fakt odur ki, onların siyasi əxlaqı yoxdur. Özləri də bilir ki, bu absurd məsələdir. Çıxartmış olduqları “qərarın” icrası mümkünsüzdür. Fransanın təxribatına uymuş Almaniya da bu prosesdə yer alıb. Blok şəklində Azərbaycana qarşı nəsə etmək istəyirlər. Amma tək Macarıstan onların bu “qərarını” bloklayacaq. Albaniya da buna razı olmayacaq. Düşünürlər ki, Azərbaycan dövlətinin ayrı-ayrı məmurlarına qarşı sanksiya tətbiq etsinlər. Əslində bütün bunlar Prezident İlham Əliyevə qarşı siyasi qısqanclıqdan doğan bir yanaşmadır.
  • Bu hallara qarşı Azərbaycanın atacağı addımlar nədən ibarət olacaq?
  • Azərbaycana qarşı olan yanaşma heç də onun qalib olması ilə bağlı deyil. Burada türkəfobiya, islamafobiya var. Ona görə də, bu cür qərarların olması və nəticəsi ilə bağlı gözləntilər fərqlidir. Məqsədləri hansısa azərbaycanlının Avropada olan pullarını dondurmaqdır. Buna qarşı isə sözsüz ki, qabaqlayıcı tədbirlər görmək lazımdır. Azərbaycan parlamenti tək Fransa ilə deyil, bu prosesdə bizə qarşı yer almış dövlətlərlə olan dostluq qruplarının fəaliyyətini dayandırmalıdır. Bunun ardınca Azərbaycan siyasi demarş etməlidir.
  • Qarabağda son proseslər fonunda sülhməramlıların fəaliyyətində və hərəkət trayektoriyasında kəskin azalma baş verir…
  • 2025-ci ilin noyabrına qədər rus sülhməramlılarının buradan gedişi gözlənilmir. Bu ancaq o halda baş verə bilər ki, Ermənistanda Rusiyaya məxsus 102-ci hərbi baza ərazidən çıxarılsın. Bunun üçün erməni tərəfi müəyyən addımlar atır. Amma bu onlar üçün böyük faciələrə yol açacaq. Əgər Ermənistan Rusiya hərbi bazasından və əsgərlərindən qurtulmaq istəyirsə ilk növbədə Zvartnos aeroportundakı vəziyyəti ələ almalıdır. Çünki bu gün həmin aeroportda Ermənistana gələnləri-gedənləri rus əsgəri qarşılayıb, yola salır. İran sərhədində də rus əsgəri dayanır. Eyni zamanda Ermənistanın bütün infrastruktutu Rusiyaya məxsusdur. Belə olan halda Paşinyanın müstəqillikdən danışması mənasızdır.
  • Rusiya-Ermənistan gərginliyi hansı həddə qədər inkişaf edəcək?
  • Rusiya sözsüz ki, Ermənistanla müharibə etməyəcək. Burada hər şey Rusiyaya məxsusdur. Amma təxribatlar olsa 102-ci rus hərbi bazası Ermənistanda qırğın törədə bilər. Bu qaçılmaz olacaq. Ermənistan 2044-cü ilə qədər Rusiya ilə ikitərəfli müqavilə imzalayıb. Əgər Ermənistan rus hərbi bazasının çıxması ilə bağlı qərar verirsə, beynəlxalq hüquqa görə, 6 ay öncə bunu bəyan etməlidir. Amma bu 6 ay müddətində Rusiya Ermənistanda çevriliş edəcək və Paşinyan öldürüləcək, ya da rus əsgərləri erməniləri tapdalayacaq. Bunun başqa adı yoxdur.
  • 10 noyabr 2020-ci il Bəyannaməsindən Ermənistanın imtinası ilə bağlı fikirlər səslənir. Bu necə baş verə bilər?
  • Bu Bəyannamədən Ermənistan birtərəfli qaydada çıxsa, iki dövlət yəni, Rusiya və Azərbaycan ona qarşı olacaq. Bunu erməni tərəfi başa düşür. Bu əslində Ermənistanın dövlət kimi sonunun başlanğıcı olar. Hadisələrin gedişi göstərir ki, 2025-ci ilə kimi Ermənistan ciddi sınaqlarla üzləşəcək və dövlət kimi qalması sual altına düşəcək.

Latest Posts

Don't Miss