Kulis.az müğənni Nuri Surinin həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.
Əsl adı Aynurə Qəzənfər qızı olan Nura Suri 1976-cı il aprelin 15-də Bakıda doğulub.
Müğənninin valideynləri Birinci Qarabağ Müharibəsi veteranıdır.
Nura Suri ali təhsillidir. 1991-ci ildə məşhur “İmkan” qrupunda fəaliyyət göstərib.
2004-cü ildə İsa Məlikovun “Yol” kompozisiyası ilə şou-biznesə qayıdıb.
Amerikalı reper Brendonla oxuduğu duet – “Əlini çək” müğənniyə böyük uğur qazandırıb.
*
İfaçı bu duetə görə “Qrand” və “İlin mahnısı” mükafatlarına layiq görülüb.
*
“BREEZ” kompaniyasının reklam siması seçilib.
*
Müğənni bir müddət Lider telekanalında aparıcı kimi fəaliyyət göstərib.
*
2009-cu ildə “Sanki gecə idi” adlı ilk albomunu buraxıb.
*
Elton Hüseynəliyevin oxuduğu “Dəli” mahnısını Nura xanım bəstələyib.
*
Üç dəfə ailə qurub. Xosrov, Möhsen və David adlı üç oğlu var. Nura Suri ilk albomunu məhz oğullarına həsr edib.
Onun həyat yoldaşlarından yalnız ikisinin adı ictimaiyyətə məlumdur: Əlirza Suri və Tamerlan. Müğənni çıxışlarında həyat yoldaşlarının tanınmış iş adamları olduğunu söyləyib.
İranlı iş adamı Ə. Suri Nura Suriyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib.
O, “Olaylar” İnformasiya Agentliyinə məktubla müraciət edərək ifaçının “Suri” soyadını daşımağına qəti etiraz etdiyini bildirib:
“Aynurəni tanıdığım vaxtdan indiyə qədər onun bütün hərəkətlərinə, o cümlədən ləyaqətə xələl gətirə bilən hərəkətlərinə dözmüşəm. İndi isə bu xanımın hərəkətləri çox həssas məqama toxunduğundan dözmək fikrim yoxdur”.
Məsələ burasındadır ki, son illər Aynurə saytlarda “Nura Suri” adı altında yarıçılpaq fotoşəkillərini yerləşdirir, seksi ulduz müsabiqələrinə qatılır, üstəlik, feysbukdakı profilində mənim razılığım olmadan fotoşəkillərimi nümayiş etdirir. Ola bilsin ki, Aynurə xanım evində böyüyən üç oğlan uşağından, ata-anasından, müqəddəs ana adından utanmır. Amma onun bu hərəkətləri mənim ailəmi, İslamın namuslu və qeyrətli bəndələri olan valideynlərimi tanıyan hər kəsin qarşısında şərəf və ləyaqətimə toxunur”.
***
Müğənni müsahibələrindən birində yenidən ailə qurmaq istəmədiyini deyib:
“Həyatımda kiminsə olmasını istəsəm, olar. Nə problemim var ki. Sadəcə, ailə qurdum alınmadı. Uşaqlarım var və mənə belə rahatdır, həyatımı yaşayıram. Mənə hər dəqiqə nəyisə yapışdırmaq olmaz. Böyük oğlum var, yaxşı səslənmir axı”.
O, verilişlərdə dəfələrlə üzünə gülüb, arxasınca danışan həmkarlarından söz açıb, onları səmimiyyətsiz adlandırıb: “Yanından keçirəm, üzümü o yana çevirən kimi arxamca danışırlar. Özü də paxıllıqdan danışırlar. Bəzən deyirlər ki, filankəs səmimidir. Bu mənə çatmır, insan hamı ilə səmimi ola bilməz. İnsan ancaq özü ilə – hamamda səmimi ola bilər. Tam səmimi insan lüt insandır”.
ATV-də “HİT Parad” rubrikasının qonağı olan cazibədar müğənni Xalq artisti Tünzalə Ağayeva haqqında: “Elə də böyük yaş fərqimiz yoxdur ki, mənə nəsə yol göstərəsən! Tünzalə özünü hər kəsdən üstün görür. Səsim güclüdür deyə, mən kimdənsə üstünəm… Yəqin, deputat olmağa hazırlaşır. Ondan irəli gəlir.” – sözlərini qeyd edib.
Müğənni iki il öncə “Bu şəhərdə” kollektivini sərt tənqid etmişdi. O, “Bu şəhərdə” kollektivinin “Nura Suri karantin toyunda” səhnəciyinə kəskin irad bildirmişdi: “Çox səviyyəsiz alınıb. Heyf, tükəniblər artıq”.
Trollar haqqında: “Pul ödədiyiniz insanlara heç olmasa, hazır mətn göndərin ki, yazdıqları şərh və statuslar səviyyəli görünsün. Yoxsa cəmiyyətimizin belə tupoylardan ibarət olduğunu göstərməkdir məqsədiniz? Cəmiyyətimizdə yetərincə ağlı başında, savadlı insanlar var, onları təbliğ edin. Dövlətini, millətini sevən kəs öz millətini belə qanmaz, ağılsız kimi göstərməz. Trollara kim ödəyir bu pulu, nə məqsədlə millətimizi belə qələmə verir? Araşdırın…”
Nura Surinin Türkiyə prezident seçkilərində namizəd olan Sinan Oğana evlənmə təklif etməsi ilə bağlı paylaşımı sosial mediada müzakirələrə səbəb olmuşdu. İzləyicilər Sinan Oğanın evli olduğunu əsas gətirərək müğənniyə irad tutmuşdular.
Sənətçi tanınmış simaları tənqid edən sosial şəbəkə istifadəçilərindən söz açarkən:
“Müğənni sənə nə pislik edib, ay zavallı? Müğənni bir mahnını almaq üçün nə qədər pul ödəyir, aranjman etdirir, klip çəkdirir, geyinib-kecinir. Hansı biriniz onun qapısını döyüb maddi dəstək olmusunuz ki, indi də “sizi xalq bu səviyyəyə gətirib” – deyirsiniz?
Müğənni millət vəkilidir? Səs verib seçmisiniz? Bu qədər şadlıq sarayları, restoranlar və sair müğənnilərindir? Hansısa məmur sizin haqqınızı yeyir, susursunuz, amma məşhurlar hansı ki, öz əziyyəti, zəhməti ilə şənliklərdə sizə xoş əhval-ruhiyyə bəxş edir, söyüb batırırsınız” – qeyd edib.
***
Müğənni paytaxtdakı vəziyyətdən narazıdır. Onun sözlərinə görə, Xəzər dənizini zəbt edib pul qazanırlar: “Çimərliklər pulludur, bulvarda kafe əlindən yer yoxdur, üstəlik, skuterlər… İnsanlar nə etsin? Kasıblar yaşamasın bu şəhərdə? Bakını Dubay kimi varlılar şəhəri edin, kasıbları göndərin başqa yerdə yaşasınlar.”
***
Cəsarətli fotosessiyaları, paylaşımları, qalmaqalları ilə daimi gündəmdə qalmağı bacaran sənətçinin hazırda 47 yaşı var.