Monday, November 25, 2024

Latest Posts

Məşhur həkimdən ŞOK iddia: “Heç bir xəstəlik dərmanla keçmir”

Hamı koronavirusdan danışır, amma inanın ki, qəbizlik ondan daha təhlükəlidir. Bütün xroniki və degerenativ xəstəliklərin təməlində qəbizlik yatır. Bunu da edən şəkər və qlütendir. Çünki qlütenli qidalar yediyimiz zaman incə bağırsaqlarımızdakı milyonlarla tükcükləri məhv edir. Onlar yox olduqdan sonra iki şey ortaya çıxır. Birincisi, hüceyrələrdə parçalanma olduğundan sağlam qidalansanız belə tam həzm olunmadığı üçün böyük molekul halında qana keçir və bədən kiçik malekul halında olan qidaları yad maddə kimi qəbul etdiyi üçün ona hücum edir. Beləliklə də otoimmun xəstəliklər başlayır.

Bu sözləri Türkiyənin tanınmış professoru, kardioloq Canan Karatay Sözcü TV-nin yutub kanalına qonaq olarkən deyib. Kardioloq qeyd edib ki, qlütenli qidalar incə bağırsaqlardakı tükcüklıri süpürüb apardığı üçün çox ciddi fəsadlar üzə çıxır:

“Problem dərmanla keçmir. Qlüten və şəkəri azaltdıqdan sonra keçə bilər. Heç bir xəstəlik dərmanla keçmir. Əlbəttə ki, lazım olduqda qısa müddətlik dərman veririk, amma həyatın boyu dərman istifadə etmək mümkün deyil”.

Yulafdan danışan həkim onun at yeməyi olduğunu iddia edib:

“Yulafları dərmanlayıb insanlara faydalı adıyla yedirirlər. Qlütenlə zəngindir, həm də onların emalı zamanı içinə şəkər də əlavə olunur. Bağırsaqların hərəkətliliyi sürətləndirmir, əksinə şişkinlik yaradır”.

Professorun həmçinin saç tökülməsindən əziyyət çəkən kişilərə tövsiyəsi də diqqət çəkib:

“Kişilər çox plov yeməsinlər, ləzzətli ola bilər, amma saç tökülməsinin təməl səbəblərindən biridir”, – Karatay vurğulayıb.

Latest Posts

Don't Miss