Monday, November 25, 2024

Latest Posts

Həbs olunan separatçılar nəyi etiraf edəcəklər? – Polad Həşimovun anasından ŞOK FAKTLAR

Qarabağdakı separatçı rejimin keçmiş “prezidentlərinin” və digər vəzifə tutan şəxslərin həbs olunması illər öncə Ermənistana casusluq edənlərin də ifşasını gündəmə gətirib.

Qeyd edək ki, məşhur “Aprel döyüşləri” və ondan sonrakı döyüşlər barəsində söz düşərkən, hər kəs burada xain izi axtarıb.

Sonrakı erməni təxribatlarında şəhid olan Milli Qəhrəman Polad Həşimovun anası Səmaya Həşimova da dəfələrlə mediaya açıqlamasında oğlunun satqınlıq səbəbiylə düşmən gülləsinə tuş gəldiyini deyib.

Bəs görəsən, Qarabağdakı terrorçu rejimin həbs edilən başçıları DTX-da bu sirləri aça bilərmi?

Publika.az xəbər verir ki, Gununsesi.info-ya açıqlamasında Səmaya Həşimova bunu istisna etməyib:

“Öncə sizə çox təşəkkür edirəm ki, belə həzm olunması çətin olan bir sual verdiniz.

Hardan bilmək olardı ki, o zaman Qarabağda kimlər var? Bəyəm onlar Polad Həşimovun yerini görürdülərmi ki, onu da vursunlar? Bu necə baş verə bilərdi? Həmişə demişəm, nə qədər ki, ömrüm var, hər kəsdən bu tələbi edəcəyəm. Polad Həşimovun qatillərini tez zamanda həbs etsinlər.

Suala cavab olaraq demək istərdim ki, əgər elə qətiyyətli, cəsarətli oğlan ortaya düşüb, həbs olunan ermənilərə bu sualı verə biləcəksə, ermənilərin ilk cavabı Polad Həşimovun yerini bilməmələri olacaq.

Onlar Polad Həşimovu içimizdəki satqınların verdikləri koordinatlara əsasən vurduqlarını deyəcəklər.

Hər kəsə məlumdur ki, həbs olunan istənilən şəxs öncə özünü müdafiə etmək istər.

Düşünürəm ki, onlar da özlərini müdafiə etmək üçün məhz bütün sirləri ifşa edib, ortaya tökəcəklər. Bu mənim şəxsi fikrimdir, lakin qətiyyətli şəkildə belə düşünürəm.

Yenə də qeyd edirəm ki, Polad Həşimov ermənilər tərəfindən vurulsa da, koordinatları Azərbaycandan verilib”.

Latest Posts

Don't Miss