Hadisə

Xüsusi əməliyyat: Ölkənin ən nüfuzlu kriminal avtoriteti öldürüldü-FOTO

Tanınmış qırğız kriminal avtoritet Kamçı Asanbek Bişkekin mərkəzində keçirilən xüsusi əməliyyat zamanı öldürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

“Aparılan əməliyyat-istintaq tədbirləri zamanı K.Asanbekin yeri müəyyən edilib. Sonuncu DSX əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, odlu silahdan istifadə etməklə silahlı müqavimət göstərib”, – məlumatda deyilir.

Kriminal avtoritet təhlükəsizlik qüvvələrinin cavab atəşi ilə öldürülüb.

Kamçı Asanbek (əsl adı Kamçıbek Kolbayev) MDB-nin kriminal aləmində “Kolya Kırqız kimi tanınırdı.

ABŞ Dövlət Departamenti 2007-ci ildə Kolbayevi ölkədə “ən nüfuzlu kriminal qruplaşmanın lideri” adlandırıb. 2008-ci ilin aprelində Moskvada Rusiya “oğru dünyası”nın liderləri tərəfindən “taclandırılıb”.

Back to top button