Friday, April 18, 2025



ən son paylaşılan

İranda səfirliyimizə hücum edən terrorçu barədə ölüm hökmü çıxarıldı

İranda məhkəmə Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə barədə ölüm hökmü çıxarıb.

Bu barədə Azərbaycan Dövlət Televiziyası (AzTV) məlumat yayıb.

Qeyd olunub ki, edamın nə vaxt icra ediləcəyi məlum deyil.

Qeyd edək ki, terror aktı zamanı Azərbaycan səfirliyinin bir əməkdaşı, diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki mühafizəçi isə yaralanıb.


Ən son paylaşılan

ən çox oxunan