Dünya

Dünyanın dağılacağı tarix açıqlandı


Bəşəriyyətin tamamilə yox olacağı tarix açıqlanıb.

Bristol Universitetinin alimləri bəşəriyyətin tamamilə yox olma tarixini açıqlayıblar. Onların apardığı araşdırmanın nəticələri “Nature Geoscience” jurnalında dərc olunub.

Alimlər bütün canlıların 250 milyon ildən sonra nəslinin kəsilə biləcəyini vurğulayıblar.

Belə hesab olunur ki, 250 milyon ildən sonra bütün qitələr bir superkontinent Pangea Ultima-da birləşəcək. Onun forması ilə bağlı fərziyyələr müxtəlifdir. Lakin elm adamları qitələrin isti, quru və demək olar ki, yaşamaq mümkün olmayan kütləyə çevriləcəyi ilə razılaşırlar.

Back to top button