Qarabağda həyata keçirilən antiterror əməliyyatından sonra silahlarını yerə qoyub təslim olan erməni silahlı dəstələri bölgədə yeni təxribatlar törədir. Məğlubiyyətlə barışa bilməyən erməni terror təşkilatları silahlanmağa davam edir.
İtaliya və Fransanın “Gucci” moda brendinin reklam simalarından olan erməni model Armine Arutyunyan “VoMa” terror təşkilatına qoşulub. Atıcılıq təhsili aldığı görünən Arutyunyan terror təşkilatının eyni adlı – “VoMa” kanalına verdiyi müsahibədə Azərbaycana hücum edəcəklərini bildirib.
2019-cu ildə podiuma çıxan erməni model Armine Arutyunyan donqa sümüklü burnu, uzun və formasız qaşları ilə gözəllik qavrayışlarını darmadağın edərək, dünyanın ən məşhur brendlərindən biri olan “Gucci”nin simasına çevrilmişdi. Həmin dövrdə həm tənqid, həm də dəstək alan Armine modellik karyerasına davam etdirəcəyini və öz görkəmi ilə barışdığını bəyan etmişdi.
Türkiyədə erməni yalanlarına qarşı yaradılmış düşüncə mərkəzi olan ASİMED (Asılsız Soykırım İddialarıyla Mücadele Derneği)in rəhbəri Savaş Eğilmez 2021-ci ildə mediaya açıqlmasında bu təşkilat haqda məlumat vermişdi. O iddia edir ki, “VoMa” PKK və “Asala” törəmələrindən ciddi dəstək alır. “VoMa”ya erməni əsilli Rusiya vətəndaşı, 1965-ci il təvəllüdlü Vladimir Vartanov adlı kəşfiyyatçı rəhbərlik edir .
Terror təşkilatının iş sistemi ilə bağlı məlumat verən Eğilmezin dediyinə görə, “VomA” 18-55 yaş arası insanları pul qarşılığında toplayır, Avropadan gələn iştirakçıların uçuş da daxil olmaqla bütün xərclərini qarşılayır. Onları Ermənistanda toplayıb çox ciddi təlim keçirlər. Bu təlimdə onlar istefada olan hərbçilərdən və rabitə mütəxəssislərindən dağda sağ qalma, odlu silahdan istifadə, bıçaqdan istifadə və digər insanlarla ünsiyyət qurmaq mövzusunda təlim alırlar.
Azərbaycan Respublikası Baş Prokurorluğun 2020-ci il noyabrında yaydığı məlumatda deyilirdi ki, Ermənistan vətəndaşı Vladimir Vartanov və qeyrilərinin Ermənistan Respublikasından kənarda yaşayan müxtəlif millətlərdən olan digər ölkə vətəndaşlarını cəlb edərək, həmin şəxslərdən ibarət “VoMa” (“Voxj Mnalu Arvest” – sağ qalmaq sənəti) adı altında Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmə yaratmaları, birləşmə üzvlərinə terrorçuluq məqsədilə təlim keçmələri, həmin silahlı birləşmə tərkibində Azərbaycanın işğal olunmuş ərazilərində terrorçuluq əməllərini törətmələri və sair cinayət əməllərinə dair Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş materiallar əsasında Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılıb.
Araşdırmalarla, V.Vartanov və digərlərinin Azərbaycan Respublikasına və vətəndaşlarına qarşı terror aktları törətmək məqsədilə 2014-cü ildə Ermənistan ərazisində “VoMa” adlı hərbiləşdirilmiş təşkilat təsis edərək internet resurslarından istifadə etməklə xarici ölkələrin erməni əsilli vətəndaşlarını, eləcə də “Asala”, PKK və digər terror təşkilatlarının üzvlərini “VoMa”nın üzvlüyünə cəlb edib hərbi təlimlərdə iştiraklarını təşkil edərək “Dağ-atıcı ehtiyat batalyonu”nun (“VoMA batalyonu”) tərkibində cinayətkar birlik halında birləşmələri müəyyən edilib.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.