Gündəm

Ermənilərin Bakıya qarşı yürüşü: İran bayrağını qaldırdılar

Xəbər verdiyimiz kimi, ötən gün Gürcüstanın paytaxtı Tiflisdə ermənilər Azərbaycana qarşı yürüş keçiriblər.

Axar.az bildirir ki, yürüşdə iştirak edən ermənilərin vətəndaşı olduqları ölkə (Gürcüstan) və Ermənistanla bərabər, İran bayrağını da qaldırması diqqət çəkib.

Gürcüstanda yaşayan ermənilərin Azərbaycana qarşı aksiyada İran sevgisi təəccüblü deyil.

Xatırladaq ki, Gürcüstan hüquq-mühafizə orqanları ermənilərin Qarabağdakı keçmiş separatçıların əski parçasını qaldırmasına imkan verməyib

Back to top button