Blog

Bədənində 100 qəlpə gəzdirən Xalq artisti: “Hamı elə bilir üzümdəki qırışdır, amma…”

Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayının qonağı Xalq artisti Şükufə Musayeva olub.

90-cı illərdə Şuşa Dövlət Dram Teatrının aktrisalarından biri olan Şükufə Musayeva Şuşanın işğalına dözə bilmir, könüllü cəbhəyə yollanır.

Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanan Xalq artisti 100 qəlpə yarasını necə aldığından bəhs edib:

“Ölən döyüş yoldaşlarımın meyitini meydanından çıxarıb piyadanın döyüş maşınına (PDM) daşıyırdıq. O zaman PDM vuruldu. Səkkiz nəfər ağır yaralandı, iki nəfər şəhid oldu. O yaralılardan biri də mən idim. Hamı elə bilir ki, üzümdəkilər qırışdır. Amma qəlpə yarasıdır. Gözümün ağında da qəlpə var idi”.

Aldığı yaralardan sonra bir daha uşağının olmayacağını öyrənən Ş.Musayeva həmişə ana olmaq arzusunda olduğunu deyib:

“Müharibə şəxsi həyatımın üstündən qara xətt çəkdi. Gec də olsa, ailə qurdum. Həmişə çoxuşaqlı ana olmaq istəyirdim. Qismət olmadı”.

O, Şuşanın azad olma xəbərini eşidəndə yaşadığı duyğulardan da danışıb:

“Sevincimin həddi-hüdudu yox idi. Sevincimdən qışqırıb ağlamışdım”.

Back to top button