Friday, November 22, 2024

Latest Posts

Tanınmış şairdən ŞOK: Paşayeva özünü qurban demişdi, həmin gün…

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın vəfatı ilə bağlı türkiyəli tanınmış şair, Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhad (Serhat) Kabaklı (Əhməd Kabaklının qardaşı oğludur – red.) sosial şəbəkə hesabında qeyri-adi paylaşım edib. 

Sfera.az xəbər verir ki, o, illər öncə Qənirə xanımın ona öz arzusunu dilə gətirdiyini bildirib. 

“Qiymətli qardaşım, keşkə Vəqfdəki Xocalı anma günündə mənə “Ağabəy, Xocalını alaq, Allah həmin gün mənim canımı alsın” deməsəydin…” – Kabaklı yazıb. 

Şair bununla Qənirə xanımın özünü Xocalıya qurban dediyini xatırladıb. 

Sosial şəbəkələrdə isə bu, heyrətlə qarşılanıb və Qənirə xanımın Vətəni nə qədər sevdiyi, bu arzunu necə içdən dediyi və Allahın bunu qəbul etdiyi haqda rəylər paylaşılmaqdadır. 

Qeyd edək ki, Qənirə Paşayeva Ordumuzun antiterror tədbirlərindən və Qarabağdakı separatçı-terrorçuların tam təslim olduğunu elan etməsindən 3 gün sonra – 23 sentyabrda koma vəziyyətində Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.

28 sentyabrda – Qarabağdakı qondarma qurumun özünü buraxdığı və Ordumuzun Xocalıya girdiyi gün vəfat etdi.

Latest Posts

spot_imgspot_img

Don't Miss