Gündəm

Qənirə Paşayeva haqqında: O, mənim əsgər yoldaşım idi

“Qənirə xanım mənim 30 illik dostumdur. Turan mübarizəsində o mənim əsgər yoldaşım idi. Biz bu işdə bir əsgər kimi çalışırdıq. İnsan belə zamanlarda nə deyəcəyini bilmir”.

Bu sözləri Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan millət vəkili Qənirə Paşayevanın dəfn mərasimində iştrak edərkən deyib:

“Qarabağın azad olunmasının tam sevincini yaşaya bilmdən itirdik. Mən Qənirə xanımı 30 il əvvəl sizin kimi gənc jurnalist olarkən tanıdım. O gün də ürəyi Azərbaycanla döyünürdü. Millət vəkili oldu, “Can Azərbaycan” üçün müxtəlif vəzifələrdə çalışdı. Ömrünü vətən uğrunda xərclədi. Biz onu cavan yaşda itirdik. Onunla çoxlu xatirələrimiz var. Avropada ermənilərə qarşı birlikdə mübarizə apardıq. Türkiyədə çox sayda konfranslarda iştirak etdik. Qənirə xanımın bizim Turançılıq yolumuzda böyük xidmətləri olub. Biz bütün Türkiyəni şəhər- şəhər gəzirdik. O da Avropada ermənilərə qarşı mübarizə aparanda bizimlə birgə idi. Vətən üçün hara çağırsaq heç vaxt yox demədi. Dünyanın o biri ucunda da olsa Qənirə xanım “Burada bir konfrans olacaq, ermənilərə qarşı Azərbaycanın haqq davasını müdafiə edəcəyik” dediyimiz zaman heç vaxt işini düşünmədən gəldi. “Yaxşı Sinan bəy gəlirəm” dedi. Vətən nə vaxt çağırsa harada olsa Qənirə xanım həmişə gəldi. Allah ondan razı olsun. Vətən ondan razıdır. Hamımız ona minnətdarıq. Allah rəhmət etsin. Başımız sağ olsun!”.

Back to top button