Bir neçə gün öncə komaya düşən millət vəkili Qənirə Paşayevanın maraqlı fotosunu əldə etmişik.
Sagliq.az bildirir ki, foto Qənirə Paşayevanın Somali səfərindəndir. Belə ki, o, 2012-ci ildə iki həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərmiş, sakinlərə yardım etmişdir.
Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bazar günü komaya düşüb. Q.Paşayeva Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Hazırda orada müalicəsi davam etdirilir.