Sunday, November 24, 2024

Latest Posts

Qənirə Paşayeva: Allahın mənə nə qədər ömür verdiyini bilmirəm

Mərkəzi Klinik Xəstəxanada müalicəsi davam edən millət vəkili Qənirə Paşayevanın böyük marağa səbəb olacaq videosu əldə edilib.

Manset.az istinadən xəbərə görə, bir neçə il öncə Azad Azərbaycan televiziyasında (ATV) yayımlanan “Beşinci element” verilişində qonaq olarkən Qənirə Paşayeva ölümlə bağlı fikirlərini bölüşüb:

“10 gündən sonra bizim hər hansısa birimiz bəlkə də bizim hər hansısa birimiz bu həyatda olmayacayıq. Mənim elə sinif yoldaşlarım var idi ki, biz onlarla 3 gün öncə görüşmüşdük. Amma bir gecədə onları itirdik.Bəziləri müharibədə şəhid oldu.Biz bu dünyadan gedəndə nə aparacayıq? Bu paltarları da burada qoyub gedəcəm, bu qulağıma taxtığımız sırğaları və hər şeyi burada qoyub gedəcəyik. Heç bir şeyi apara bilməyəcəyik. Ən sevdiklərimiz belə bizi torpağa gömüb gedəcəklər. Onlar da bizi tərk edəcək. Bizdən bir şey qalacaq.Bizi xatırlayanda deyəcəklər ki, adam kimi adamdı.Allahın mənə nə qədər ömür verdiyini bilmirəm.Mənim üçün bu gün və bu an var.Mən onun dəyərini bilərək yaşamaq istəyirəm. Yaradan hər zaman, hər gün, hər dəqiqə, hər an mənimlədir. Getdiyimdə sadəcə bir şeyi söyləyəcəm. Xətalarımda da, savablarımda da səni unutdum deyə bir şey yoxdur.Ona görə də mən gəldim, xətalarımla, savablarımla burdayam”.

Xatırladaq ki, sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Hazırda Mərkəzi Klinikada süni tənəffüs aparatına qoşulub.

Latest Posts

Don't Miss