Blog

Şakiraya 8 illik həbs ŞOKU

İspaniya prokurorluğu müğənni Şakiranı vergidən yayınmada ittiham edib.

Showaz.net OLAY-a istinadən xəbər verir ki, məhkəmə prosesi 20 noyabr tarixinə təyin edilib.

Şakira 2012-2014-cü illər arasında İspaniyada yaşadığı müddətdə 6 müxtəlif cinayətə görə Maliyyə Nazirliyi tərəfindən 14,5 milyon avro vergidən yayınmaqda ittiham olunub.

Hazırda isə onun 5,3 milyon avro vergidən yayındığı iddia edilir. 

8 ildən artıq həbsi tələb edilən Şakiranın məhkəməsi Barselona Əyalət Məhkəməsində baş tutacaq.

Back to top button