Şou-biznes

“Sənə “əlvida” demək qismətim olmadı”- Flora Kərimova

“Səninlə üz-üzə gəlmədik ki, “istedadlısan, səsin ifan qədər gözəldir” deyim”.

Showaz.net xəbər verir ki, bunu Xalq artisti Flora Kərimova bir neçə gün əvvəl dünyasını dəyişən müğənni Emil Rəhmanoğlu ilə bağlı paylaşımında yazıb.

O, mərhumun ifasını yayımlayaraq paylaşımına əlavə edib:

“Yoxluğuna və ağrı-acının nöqtəsinə də “əlvida” demək qismətim olmadı. Tanrı səni taleyinə bağışlasın, Emil. Doğmalarına səbr diləyirəm. Allah rəhmət eləsin!”.

Qeyd edək ki, Emil Əməkdar artist Rəhman Rəhmanoğlunun övladı idi.

Back to top button